FORTUNA GROUP
  • Ana səhifə
  • Bizi tanıyın
    • Haqqımızda
    • Missiya, Vizyon və Dəyərlərimiz
  • Kurslarımız
    • Maliyyə və Mühasibatlıq
      • Maliyyə uçotu
      • Mühasibat uçotu
      • Vergi uçotu
      • Vergi bəyannamələrinin doldurulma qaydaları
    • Peşəkar Mühasib Sertifikatı I mərhələ
      • MHBS üzrə PMS
      • KOS üçün MHBS üzrə PMS
      • İS üçün MUBS üzrə PMS
    • Peşəkar Mühasib Sertifikatı II mərhələ
      • Vergi Qanunvericiliyi
      • Əmək Qanunvericiliyi
      • Mülki Qanunvericilik
      • Büdcə Qanunvericiliyi
    • “ACCA” təlimləri
      • Financial Accounting (FA)
      • Financial Reporting (FR)
      • Audit and Assurance (AA)
      • Financial Management (FM)
      • Performance Management (PM)
      • DipIFR (Diploma in International Financial Reporting)
    • İnsan Resursları
      • İnsan Resurslarına giriş
      • Kadr kargüzarlığı
    • İdarəetmə
      • PMP (Project Management Professional)
      • Kouçinq (Şəxsi İnkişaf)
      • NLP (Neuro-linguistic programming)
    • Mühasibat proqramları
      • Microsoft Excel
      • Mühasibat 1C
  • Komandamız
    • Babək Bədəlov
    • Nicat Tağızadə
    • Tural Abbasov
    • Arif Ataxanlı
    • Teymur Sarmuradi
    • Mətanət Səmədova
    • Aydan Hüseynli
    • Erol Babayev
    • Urxan Qasımov
    • Mahir Əkbərzadə
    • TuTu Əfəndizadə
    • Vasif Ağayev
  • Məzunlarımız
    • PMS (Peşəkar Mühasib Sertifikatı) I mərhələ
    • PMS (Peşəkar Mühasib Sertifikatı) II mərhələ
  • Tərəfdaşlarımız
  • Sertifikatı Yoxla
  • Click to open the search input field Click to open the search input field Search
  • Menu Menu

İşçinin bütün bir iş günü işə gəlməməsi onun işdən azad edilməsi üçün əsas ola bilərmi?

Əmək Məcəlləsinin 72-ci maddəsi, “Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar”, işçinin əmək vəzifələrini ciddi şəkildə pozduğu halları müəyyən edir. Bu hallara aşağıdakılar daxildir:

  • Öz xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfatı istisna olmaqla, işçinin bütün iş günü ərzində işə gəlməməsi.

Məsələn, bir işçi heç bir xəbər vermədən bir gün işə gəlmir və həmin gün onunla əlaqə qurmaq mümkün olmur. Ertəsi gün də işçinin işə gəlməməsi səbəbindən işəgötürən onun əmək müqaviləsini ləğv etmək qərarına gəlir. Əgər işçi uzun müddət işə gəlmirsə və ondan xəbər alınmırsa, işçinin yaşayış ünvanına yazılı xəbərdarlıq göndərilə bilər. Lakin bir müddət sonra işçi xəstəlik vərəqəsi təqdim edərək, işə gəlməməsinin səbəbini açıqlayarsa, işəgötürən əmək müqaviləsini yenidən qüvvəyə mindirməyə məcbur ola bilər. İşəgötürən bəzi hallarda xitam verdiyi əmək müqaviləsini bərpa etməkdən boyun qaçıra bilər. Belə hallarda işçi, əmək müqaviləsinin ləğv edilməsinin əsassız olduğunu düşünərək Dövlət Əmək Müfəttişliyi Xidmətinə və ya məhkəməyə müraciət edə bilər və çox vaxt prosesdən qalib ayrılar.

Bu məsələdə, 72-ci maddənin “c” bəndində göstərilən üzrlü səbəblərə diqqət yetirilməlidir. Bu səbəblərə aşağıdakılar daxildir:

  • İşçinin özünün xəstəliyi;
  • Yaxın qohumunun xəstələnməsi;
  • Yaxın qohumunun vəfatı.

İşçinin özünün xəstələnməsi halında, xəstəlik vərəqəsi təqdim etməsi kifayətdir. Yaxın qohum dedikdə isə, Əmək Məcəlləsinin 296-cı maddəsinin qeyd hissəsində göstərildiyi kimi, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri və qardaşları, bacıları nəzərdə tutulur.

İki məqama xüsusi diqqət yetirilməlidir:

  1. Əgər işçi üzrsüz səbəbdən işə gün ərzində hətta 10 dəqiqə də gəlmişsə, işəgötürən əmək müqaviləsini 70-ci maddənin “ç” bəndi ilə ləğv edə bilməz.
  2. İşçinin işə gəlməməsi işəgötürənin fəaliyyətinə necə təsir edir? Əmək Məcəlləsinin 71-ci maddəsinə əsasən, işçinin işə qəsdən və ya səhlənkarlıqla gəlməməsi işin, istehsalın və icra intizamının normal gedişatını pozmalı və ya mülkiyyətçinin, işəgötürənin və əmək kollektivinin hüquqlarına və qanuni mənafelərinə zərər verməlidir.

Məsələn, mühasib vəzifəsində çalışan bir işçinin bir gün üzrsüz səbəbdən işə gəlməməsi səbəbindən işəgötürən onun əmək müqaviləsini 70-ci maddənin “ç” bəndi ilə ləğv etmək istədikdə, işəgötürən mütləq olaraq həmin işçinin işə gəlməməsinin iş yerində işin və icra intizamının normal gedişatını pozduğunu və ya hüquqlarına zərər verdiyini sübut etməlidir. Əks halda, işçinin əmək müqaviləsinin ləğvi əsassız sayılacaq və məhkəmə işçinin işə bərpa olunmasına qərar verəcəkdir.

Kateqoriyalar

  • Kateqoriyalanmayan
  • Məlumatlar
  • Yeniliklər

FORTUNA GROUP

E-mail: info@fortunagroup.az

Telefon: +994 70 600 05 50

İş saatları

Dəstək xəttimiz hər gün 09:00-dan 23:59-dək aktivdir

  • Bazar ertəsi-Cümə: 15:00 - 22:00
  • Şənbə: 10:00 - 16:00
  • Bazar: Qapalı

SON YAZILAR

  • Ramin Hacıyev - Fortuna Groupda İnsan Resursları üzrə Peşəkar təlimçi
    İşçinin istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya fərqli qaydada hesablanacaq – MİSALLAR23 Fevral 2026 - 16:14
  • Ramin Hacıyev - Fortuna Groupda İnsan Resursları üzrə Peşəkar təlimçi
    İnzibati cərimələrin şərti olaraq tətbiq edilməsi halları08 Avqust 2025 - 15:54
  • ABŞ-ın aparıcı süni intellekt şirkəti OpenAI, uzun zamandır gözlənilən yeni və ən güclü modeli GPT-5-i rəsmi olaraq istifadəyə verib. Bu yeni nəsil model, əvvəlki versiyalara nisbətən daha ağıllı, sürətli və geniş imkanlara malikdir. OpenAI-dan verilən rəsmi açıqlamaya görə, GPT-5 süni intellekt sahəsində "böyük bir sıçrayış" təqdim edir. Model, proqram təminatı, riyaziyyat, yazı, səhiyyə, vizual qavrayış kimi bir çox sahədə əvvəllər görünməmiş bir performans göstərir.
    GPT-5 Təqdim Edildi: OpenAI Süni İntellektdə Yeni Dövr Başladır08 Avqust 2025 - 14:51

Ünvanımız

Link to: Əmək haqqı nağd qaydada ödənilə bilərmi? Link to: Əmək haqqı nağd qaydada ödənilə bilərmi? Əmək haqqı nağd qaydada ödənilə bilərmi? Link to: GPT-5 Təqdim Edildi: OpenAI Süni İntellektdə Yeni Dövr Başladır Link to: GPT-5 Təqdim Edildi: OpenAI Süni İntellektdə Yeni Dövr Başladır ABŞ-ın aparıcı süni intellekt şirkəti OpenAI, uzun zamandır gözlənilən yeni və ən güclü modeli GPT-5-i rəsmi olaraq istifadəyə verib. Bu yeni nəsil model, əvvəlki versiyalara nisbətən daha ağıllı, sürətli və geniş imkanlara malikdir. OpenAI-dan verilən rəsmi açıqlamaya görə, GPT-5 süni intellekt sahəsində "böyük bir sıçrayış" təqdim edir. Model, proqram təminatı, riyaziyyat, yazı, səhiyyə, vizual qavrayış kimi bir çox sahədə əvvəllər görünməmiş bir performans göstərir.GPT-5 Təqdim Edildi: OpenAI Süni İntellektdə Yeni Dövr Başladır
Scroll to top Scroll to top Scroll to top