Fortuna Groupda Maliyyə və mühasibat sahəsinin dinamik dünyasını kəşf etməyə sizi dəvət edirik. Fortunada biz inanırıq ki, biznes dilinin peşəkar səviyyədə öyrənilməsi sizdə sadəcə bir bacarıq deyil, eyni zamanda biznes sferasında perspektivli fürsətlərə açılan qapıları da formalaşdıracaqdır. Maliyyə mühasibatlığı komandamız iştirakçılara bu sahədə peşəkarlığa çatmaq üçün lazım olan nəzəri və praktiki bilikləri, yolları və özgüvəni qazandırır.

Təlimçi komandamız sizə nəzəri biliklərlə yanaşı, bütün öyrəndiklərinizi iş mühitində reallaşdırmağın praktiki nümunələrini təqdim edir.

Maliyyə uçotu səhmdarlar, banklar, təchizatçılar və s. üçün tələblərə uyğun müəssisənin formalaşdırdığı hesabatlar toplusudur. Maliyyə uçotunun məqsədi tələblərə uyğun aşağıdakı maliyyə hesabatlarını hazırlamaqdır:

Digər adı ilə “Balans Hesabatı” (statement of financial position) hesabat dövrünün sonuna müəssisəyə aid olan Aktivlərin, Öhdəliklərin və Kapitalın dəyərini özündə əks etdirir.

Aktivlər dedikdə müəssisənin sahib olduğu bütün maddi və qeyri-maddi təsərrüfat vəsaitləri nəzərdə tutulur.

Öhdəliklər və Kapital isə bütün aktivlərin yaranma mənbələridir.

Mənfəət və zərər və digər məcmu gəlirlər haqqında hesabat (statement of comprehensive income) MUBS 1 (Mühasibat Uçotunun Beynəlxalq Standartları) (IAS 1) Standartı ilə tənzimlənir.

Dövr ərzində müəssisədə yaranan bütün gəlirlər və zərərlər bu hesabat formasında əks olunur.

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat (statement of cash flows) – hesabat dövrü ərzində pul vəsaitlərinin və onların ekvivalentlərinin mədaxil və məxaricini özündə əks etdirir.

Pul vəsaitləri müəssisədə nağd pul şəklində, bank hesablarında mövcud olan və tələblər üzərinə verilən pul vəsaitləri sayılır.

Pul vəsaitlərinin ekvivalentləri verildiyi tarixdən 3 ay və daha az müddətə malik, əvvəlki dəyərinə asanlıqla çevrilə bilən və dəyərin dəyişilmə riskinə cüzi məruz qalan yüksək likvidli qoyuluşlardır. (Misal olaraq, alınmış təyyarə biletləri – geri qaytarıldığı zaman cüzi dəyişikliklə nağdlaşdırıla bilirlər)

“Maliyyə hesabatlarının təqdimatı” adlı IAS 1 standartına əsaslanan “Kapitalda dəyişikliklər hаqqındа hesаbаt” (“Statement of Changes in Equity”), müəsissənin hesabat dövrünün sonunda kapitalının hər bir komponentinin miqdarını və bu komponentlərdə olan dəyişiklikləri əks etdirir.

Kurs nələri əhatə edir?

Maliyyə uçotu
Vergi uçotu
Rəsmi mühasibatlıq
1C 8.3 Mühasibat proqramı

TƏLİMDƏN ƏLDƏ EDƏCƏKLƏRİNİZ

  • Uçot və mühasibat sisteminin məntiqi
  • Maliyyə hesabatlarının hazırlanması
  • Maliyyə əməliyyatlarının ikili qeydiyyat üsulu ilə yazılışı (müxabirləşmə)
  • Vergi uçotunun mahiyyəti və növləri
  • AR Vergi Məcəlləsinə uyğun olaraq hesabatların BTP (Bəyannamə Tərtibat Proqramı) ilə hazırlanması və təqdimatı

İŞTİRAKÇILARDAN TƏLƏBLƏR

  • Sadə faiz, nisbət və tənasüb kimi riyazi biliklər
  • Təlim proqramına aşağıdakılar daxildir:
  • Uçotun növləri – Mühasibat uçotu və məzmunu Maliyyə hesabatlarının elementləri
  • İkili yazılış üsulu (müxabirləşmələr), Hesablar Planı Kapitalın uçotu (Nizamnamə kapitalının yaranması)
  • Uzunmüddətli aktivlərin uçotu
  • Qısamüddətli aktivlərin uçotu
  • Kapitalın uçotu
  • Uzunmüddətli öhdəliklərin uçotu
  • Qısamüddətli öhdəliklərin uçotu
  • Maliyyə hesabatlarının tərtibatı
  • Sadələşdirilmiş verginin bəyannaməsi
  • İşsizlik sığortası üzrə rüblük hesabat
  • Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat
  • Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin bəyannaməsi
  • Mənfəət Vergisinin bəyannaməsi
  • Əlavə Dəyər Vergisinin bəyannaməsi

TƏLİMÇİLƏRİMİZ

Nicat Tağızadə

Nicat Tağızadə

Baş mühasib, PMS MHBS

Mühasibatlıq sahəsində professional olaraq 12 ildən artıq iş təcrübəsi vardır. Cahan Holdinq Kommersiya Şirkətlər İttifaqında müxtəlif sahələr üzrə baş mühasib vəzifəsində 10 il çalışmışdır. Hal-hazırda “Fortis Group” şirkətində baş mühasibi olaraq, fəaliyyətini davam etdirən Nicat müəllim MHBS üzrə peşəkar mühasibdir.
Logo, Mikro, Mühasibat 1C, Pegasoft kimi müxtəlif mühasibatlıq programları üzrə ixtisaslaşmışdır.