Təlimimiz “MHBS (Maliyyə Hesabatlarının Beynəlxalq Standartları) üzrə PMS (Peşəkar Mühasib Sertifikatı) I mərhələ” üçün nəzərdə tutulmuşdur.
Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) ingiliscə adı ilə IFRS, şirkətlərin maliyyə hesabatlarını hazırlamaq üçün istifadə olunan, qlobal olaraq tanınan bir hesabat standartlarıdır. Bu standartlar maliyyə hesabatlarında tamlığı, şəffaflığı və müqayisə imkanını təmin etmək məqsədi ilə hazırlanmışdır. Bu sayədə beynəlxalq səviyyədə investorlar, kredit təşkilatları və sair maraqlı tərəflər üçün analiz və qərar mərhələlərini asanlaşdırır. Hesabatları beynəlxalq standartlara inteqrasiya etməklə, MHBS investora şirkətin coğrafi məkanından asılı olmayaraq informasiya vermək imkanı verir və qlobal maliyyə bazarında effektivliyi artırır.
Təlim prosesi Dövlət İmtahan Mərkəzinin proqramı və keçmiş imtahanlarda təqdim olunmuş məsələlər və testlər üzərindən təcrübələrlə birlikdə həyata keçirilir.
Diqqətinizə çatdırmaq istəyərik ki, MHBS üzrə PMS əldə edən şəxslər eyni zamanda KOS (Kiçik və Orta Sahibkarlıq Subyekləri) üçün MHBS üzrə PMS də əldə etmiş olur.
Sertifikatı uğurla əldə etmiş şəxslər aşağıdakı xarakterdə şirkətlərdə baş mühasib vəzifəsi tuta bilər:
- İri sahibkarlıq subyektlərində
- Orta, kiçik və mikro sahibkarlıq subyektlərində
- İctimai əhəmiyyətli qurumlarda
- Sahibkarlıq fəaliyyəti göstərən publik hüquqi şəxslərdə
TƏLİMDƏN ƏLDƏ EDƏCƏKLƏRİNİZ
- DİM proqramına uyğun mövzuların tədrisi
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları
- Mühasibat Uçotunun Beynəlxalq Standartları
- Pul Vəsaitlərinin Hərəkəti Haqqında Hesabat (Cash Flow)
- Konsolidə edilmiş maliyyə hesabatları
İŞTİRAKÇILARDAN TƏLƏBLƏR
- Maliyyə uçotuna dair ilkin anlayışları bilməlidir.
- PMS əldə olunması üçün DİM tərəfindən tələb olunduğu üçün Ali təhsil (ən az bakalavr diplomunun mövcudluğu). Əgər şəxs orta ixtisas təhsillidirsə mühasibat sahəsində rəsmi olaraq 5 illik iş təcrübəsinə malik olmalıdır.
- Yalnız tam orta təhsil mövcud olan şəxslər DİM nəzdində keçirilən sözügedən imtahanda iştirak etmək hüququna malik deyillər.
- Təlim proqramına aşağıdakılar daxildir:
- • Beynəlxalq mühasibat uçotu standartlarına giriş Maliyyə Hesabatları üzrə Konseptual Əsaslar
- • Maliyyə hesabatlarının təqdimatı (1 №-li MUBS)
- • Torpaq, tikili və avadanlıqlar (16 №-li MUBS)
- • Borclar üzrə məsrəflər (23 №-li MUBS)
- • Dövlət Subsidiyaları (20 №-li MUBS)
- • İnvestisiya mülkiyyəti (40 №-li MUBS)
- • Kənd təsərrüfatı (41 №-li MUBS)
- • Qeyri-maddi aktivlər (38 №-li MUBS)
- • Aktivlərin Qiymətdən düşməsi (36 №-li MUBS)
- • Satış üçün saxlanılmış uzunmüddətli aktivlər və dayandırılmış əməliyyatlar (5 №-li MHBS)
- • Ehtiyatlar (2 №-li MUBS)
- • Uçot siyasətləri, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər (8 №li MUBS) Ədalətli Dəyərin Ölçülməsi (13 №-li MHBS)
- • Qiymətləndirilmiş öhdəliklər, Şərti öhdəliklər və Şərti aktivlər (37 №-li MUBS) Hesabat dövründən sonrakı hadisələr (10 №-li MUBS)
- • Maliyyə alətləri (9 №-li MHBS) Maliyyə alətləri Məlumatın açıqlanması (7 №-li MHBS)
- • Xarici valyuta məzənnələrində dəyişikliklərin təsiriı (21 №-li MUBS)
- • Müştərilərlə müqavilələr üzrə gəlirlər (15 №-li MHBS)
- • İcarələr (16 №-li MHBS)
- • Mənfəət vergisi (12 №-li MUBS)
- • Səhm üzrə mənfəət (33 №-li MUBS)
- • Pul vəsaitlərinin hərəkəti haqqında hesabat (7 №-li MUBS)
- • Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları (10 №-li MHBS)
- • Konsolidə olunmuş mənfəət və zərərlər haqqında hesabat (10 №-li MHBS)
- • Asılı müəssisələrə və birgə müəssisələrə investisiya qoyuluşları (28 №-li MUBS)
- • Mühasibat Uçotu Üzrə Qanun və Qaydalar
TƏLİMÇİLƏRİMİZ
Babək Bədəlov
Babək müəllim haqqında
Maliyyə, mühasibat sahəsində 20 illik yüksək vəzifələrdə zəngin iş təcrübəsinə malik olan, the Association of Chartered Certified Accountants Diploma in International Financial Reporting (ACCA DipIFR), IAB Mühasibat Uçotunun Beynəlxalq Standarları, ICFM Maliyyə Meneceri Və Maliyyə Analitikası, Professional Daxili Audit, Beynəlxalq Maliyyə Hesabatları Standartları Sertifikatları və DİM Peşəkar Mühasib Sertifikatının sahibi olan Babək Bədəlov ilə PMS imtahanlarında uğurlu olmaq şansını əldə etmiş olacaqsınız.
Kursun başlamasına qalan müddət