FORTUNA GROUP
  • Ana səhifə
  • Bizi tanıyın
    • Haqqımızda
    • Missiya, Vizyon və Dəyərlərimiz
  • Kurslarımız
    • Maliyyə və Mühasibatlıq
      • Maliyyə uçotu
      • Mühasibat uçotu
      • Vergi uçotu
      • Vergi bəyannamələrinin doldurulma qaydaları
    • Peşəkar Mühasib Sertifikatı I mərhələ
      • MHBS üzrə PMS
      • KOS üçün MHBS üzrə PMS
      • İS üçün MUBS üzrə PMS
    • Peşəkar Mühasib Sertifikatı II mərhələ
      • Vergi Qanunvericiliyi
      • Əmək Qanunvericiliyi
      • Mülki Qanunvericilik
      • Büdcə Qanunvericiliyi
    • “ACCA” təlimləri
      • Financial Accounting (FA)
      • Financial Reporting (FR)
      • Audit and Assurance (AA)
      • Financial Management (FM)
      • Performance Management (PM)
      • DipIFR (Diploma in International Financial Reporting)
    • İnsan Resursları
      • İnsan Resurslarına giriş
      • Kadr kargüzarlığı
    • İdarəetmə
      • PMP (Project Management Professional)
      • Kouçinq (Şəxsi İnkişaf)
      • NLP (Neuro-linguistic programming)
    • Mühasibat proqramları
      • Microsoft Excel
      • Mühasibat 1C
  • Komandamız
    • Babək Bədəlov
    • Nicat Tağızadə
    • Tural Abbasov
    • Arif Ataxanlı
    • Teymur Sarmuradi
    • Mətanət Səmədova
    • Aydan Hüseynli
    • Erol Babayev
    • Urxan Qasımov
    • Mahir Əkbərzadə
    • TuTu Əfəndizadə
    • Vasif Ağayev
  • Məzunlarımız
    • PMS (Peşəkar Mühasib Sertifikatı) I mərhələ
    • PMS (Peşəkar Mühasib Sertifikatı) II mərhələ
  • Tərəfdaşlarımız
  • Sertifikatı Yoxla
  • Click to open the search input field Click to open the search input field Search
  • Menu Menu
Blog

Əmək haqqı nağd qaydada ödənilə bilərmi?

15 Aprel 2024/0 Comments/in Məlumatlar/by admin

2024-cü ilin başlanğıcından bəri 75% güzəşt əldə etmiş mikro sahibkarlıq subyektlərinin qarşılaşdığı böyük bir problem olan güzəştin ləğv olunması ilə birbaşa əlaqəli bir mövzuya toxunmaq istəyirəm.

Öncəliklə kiçik bir məqam: 5% vergi deyə bir şey yoxdur. 20% vergi dərəcəsi mənfəət və gəlir vergisi ödəyicilərinə aiddir. Güzəşt isə 75%dir. İstənilən ədədin 20%inin 75%i elə həmin ədədin 5%inə bərabərdir. Bu səbəbdən 5% deyilir. Keçək əsas məsələyə

2024-cü ildən etibarən mikro sahibkarlıq subyektinin bu güzəşti əldə etməsi üçün 3 nəfərin işə cəlb olunması şərti qoyulmuşdur. Bəs bu 3 nəfərə əmək haqqı nağd qaydada verilə bilərmi?

Vergi Məcəlləsinin 58.7-1 maddəsinə görə, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Digər tərəfdən, həmin qanunda 3.4.4 maddədə göstərilir ki, əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 000 manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqqı nağdsız qaydada aparılmalıdır.

Bu da o deməkdir ki, Mikro sahibkarlıq meyarına cavab verən, ƏDV ödəyicisi olmayan və ya Sadələşdirilmiş vergi ödəyiciləri əmək haqqını nağd qaydada verə bilər.

Misal 1: Mikro sahibkarlıq subyekti olan vergi ödəyicisi 3 nəfər işçisinə məcburi sosial ödənişlər çıxıldıqdan sonra 400 manat əmək haqqı verir. Bu zaman hesablanmış 1200 manat əmək haqqının nağd qaydada verilməsinə görə heç bir maliyyə sanksiyası tətbiq edilmir.

Misal 2: ƏDV ödəyicisi olan fərdi sahibkar işçilərə net olaraq 48 000 manat əmək haqqı ödəyir. Bu zaman il ərzində bir dəfə bunu edibsə 10%, iki dəfə 20%, üç və daha artığı üçün 40% sanksiya tətbiq edilir.

48 000 * 10 % = 4 800 manat sanksiya

Əlavə qeyd: İşçidən və işəgötürəndən tutulan Məcburi sosial sığorta ödənişləri ancaq nağdsız qaydada müvafiq fondların hesabına köçürülməlidir.

https://fortunagroup.az/wp-content/uploads/2024/04/emekhaqqinagd.jpg 471 750 admin https://fortunagroup.az/wp-content/uploads/2025/03/logo-with-name.png admin2024-04-15 09:49:592024-05-30 13:12:08Əmək haqqı nağd qaydada ödənilə bilərmi?
0 replies

Leave a Reply

Want to join the discussion?
Feel free to contribute!

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Kateqoriyalar

  • Kateqoriyalanmayan
  • Məlumatlar
  • Yeniliklər

FORTUNA GROUP

E-mail: info@fortunagroup.az

Telefon: +994 70 600 05 50

İş saatları

Dəstək xəttimiz hər gün 09:00-dan 23:59-dək aktivdir

  • Bazar ertəsi-Cümə: 15:00 - 22:00
  • Şənbə: 10:00 - 16:00
  • Bazar: Qapalı

SON YAZILAR

  • Ramin Hacıyev - Fortuna Groupda İnsan Resursları üzrə Peşəkar təlimçi
    İşçinin istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya fərqli qaydada hesablanacaq – MİSALLAR23 Fevral 2026 - 16:14
  • Ramin Hacıyev - Fortuna Groupda İnsan Resursları üzrə Peşəkar təlimçi
    İnzibati cərimələrin şərti olaraq tətbiq edilməsi halları08 Avqust 2025 - 15:54
  • ABŞ-ın aparıcı süni intellekt şirkəti OpenAI, uzun zamandır gözlənilən yeni və ən güclü modeli GPT-5-i rəsmi olaraq istifadəyə verib. Bu yeni nəsil model, əvvəlki versiyalara nisbətən daha ağıllı, sürətli və geniş imkanlara malikdir. OpenAI-dan verilən rəsmi açıqlamaya görə, GPT-5 süni intellekt sahəsində "böyük bir sıçrayış" təqdim edir. Model, proqram təminatı, riyaziyyat, yazı, səhiyyə, vizual qavrayış kimi bir çox sahədə əvvəllər görünməmiş bir performans göstərir.
    GPT-5 Təqdim Edildi: OpenAI Süni İntellektdə Yeni Dövr Başladır08 Avqust 2025 - 14:51

Ünvanımız

Link to: İşçinin bütün bir iş günü işə gəlməməsi onun işdən azad edilməsi üçün əsas ola bilərmi? Link to: İşçinin bütün bir iş günü işə gəlməməsi onun işdən azad edilməsi üçün əsas ola bilərmi? İşçinin bütün bir iş günü işə gəlməməsi onun işdən azad edilməsi...
Scroll to top Scroll to top Scroll to top