“Praktiki Mühasibat Uçotu” proqramında keçiriləcək mövzuların qısa başlıqları
1. Giris
Uçotun növləri – Mühasibat uçotu və məzmunu Maliyyə hesabatlarının elementləri
2. Balansın quruluşu
İkili yazılış üsulu (müxabirləşmələr), Hesablar Planı Kapitalın uçotu (Nizamnamə kapitalının yaranması)
3. Uzunmüddətli aktivlərin uçotu
Qeyri Maddi Aktivlər, Torpaq Tikili Avadanlıq. İlkin uçot, amortizasiya hesablamaları və xaricolmaları
İnvestisiya mülkiyyəti, Bioloji Aktivlər, İştirak payı metodu ilə Uçota alınmış investisiyalar, təxirə salınmış vergi aktivləri
Sair Uzunmüddətli maliyyə aktivləri və sair aktivlər
4. Qısamüddətli aktivlərin uçotu
Ehtiyyatların uçotu
Ehtiyatların silinmə üsulu, İstehsal Məsrəfləri, Pul vəsaitlərinin uçotu
Debitorlarla hesablaşmaların uçotu
5. Kapitalın uçotu
Emissiya Gəliri, Geri Alınmış Kapital
Kapital Ehtiyatları, Bölüşdürülməmiş Mənfəət (Zərər)
6. Uzunmüddətli öhdəliklərin uçotu
Faiz xərcləri yaradan öhdəliklərin uçotu, Kreditor borcların uçotu
Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar
7. Qısamüddətli öhdəliklərin uçotu
Faiz xərcləri yaradan öhdəliklərin uçotu
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər, Əmək haqqı ilə hesablaşmaların uçotu
8. Maliyyə hesabatlarının tərtibatı
Mənfəət və zərər və digər məcmu gəlir haqqında hesabatı (P&L) Maliyyə vəziyyəti haqqında hesabat (Balans)
Kapitalda dəyişikliklər haqqında hesabat Pul vəsaitləri haqqında hesabat
9. Vergitutma mühasibatlığına aid fundamental əsaslara giriş.
Şirkətin qeydiyyatı, vergi orqanlarına müraciət ərizələri, POS-Terminal, Kassa aparatlarının proseduraları, Nizamnamənin və Reyestr çıxarışlarının hazırlanması, hüquqi ünvanların qeydiyyatı
Vergi ilə rəsmi yazışma üslubları, uyğunsuzluq izahatları, vergi ödəyiciləri ilə yazışmalar
Elektron-qaimə, avans qaiməsi yazılışı və qəbulu. Normativ sənədləşmə metodları. Alış aktlarının rəsmiləşdirilmə proseduraları.
Bank çıxarışları, ölkədaxili və ölkəxarici köçürmələrin icrası və diqqət edilməli məqamları.
10. Bəyannamələrin tərtibat və təqdimatı
Sadələşmiş Vergi bəyannaməsi, Əlavə Dəyər Vergisinin bəyannaməsi, Ödəmə Mənbəyində Verginin bəyannaməsi, Mənfəət və ya Gəlir Vergisinin bəyannaməsi, ƏDV-Qeyri Rezident bəyannaməsi
Excel – Maliyyəçi və mühasiblər üçün iş prosesində vacib olan bütün əməliyyatların əyani göstərilməsi
Mühasibat sahəsi üzrə peşəkar təlimçi

Təlimçi: Nicat Tağızadədir (Maliyyəçi və Baş Mühasib)

14 illik mühasiblik təcrübəsinə sahibdir. 10 il Cahan (Kommersiya şirkətlər qurumu) Holdingdə Baş Mühasib olaraq, “Azərbaycan Vanhong Ceramics Co” MMC – Baş mühasib olaraq, Fortis Groupda Baş mühasib olaraq fəaliyyət göstərmişdir.
Hal-hazırda:
Titan Groupda Maliyyə direktoru olaraq fəaliyyət göstərir. 6 illik təlimçilik fəaliyyəti mövcuddur.
Eyni zamanda, Respublika üzrə PMS MHBS sertifikasiya imtahanı ilk təşkil olunan ildə iştirak edib, uğurlu nəticə əldə edən mühasiblərdəndir.
Təlimçi uzun müddətli iş təcrübəsinə dayanaraq, sizə real keyslər üzərindən işi tam praktiki tədris edəcəkdir

Dərslər həftədə 2 dəfə 2 saat olmaqla tədris olunur.

Dərs saatları 19.00 – 21.00 aralığındadır. (Əyani və ya online qoşula bilərsiniz. Təlimçi elektron lövhə ilə işləyir və komputer qarşısında olduğundan hər kəs rahat online yaxud əyani müşahidə edə bilir)

Qrupda tələbə sayı 10 nəfərdən ibarət olur.

Ümumilikdə mühasibatlığı İstehsalat, Tikinti və Xidmət sahəsində icra edə biləcək səviyyədə öyrənirsiniz

Təlimin 1 aylıq ödənişi 150 azn təşkil edir.

3,5 ay ümumi 450 azndir

Nicat müəllimin təliminin sonunda yekun imtahanda 90 və üzəri nəticə alsanız, 650 aznlik PMS MHBS təliminə ödənişsiz qoşulub, baş mühasib sertifikasiya imtahanına hazırlaşmaq şansınız olacaq.

90+ nəticə ilə bitirən tələbələrimizi işlə də təmin edirik

Təlim sonu rəsmi sertifikat, tövsiyə məktubu təqdim olunur

1C 8.3 hissəsində praktik keçiriləcək mövzular.
1.Müəssisəni əlavə etmək
2.Kontragent
3.Nomenklatura
4.Anbar
5.İlkin qalıqlar
6.Alış(Mal, xidmət, valyuta alışı, ƏV alışı)
7.İdxal üzrə YGB
8.Əlavə xərclərin daxil edilməsi
9.Satış
10.ƏV uçota alınması
11.ƏV silinməsi
12.QMA alışı
13.QMA uçota alma
14.QMA silinməsi
15.Qaimə faktura əsasında malların silinməsi
16.Kassa Mədaxil( bütün növ üzrə)
17.Kassa Məxaric (bütöv növ üzrə)
18.Avans hesabatı.
19.Bank adını yaratmaq
20.Bank hesabın açılması
21.Daxil olan ödəniş (bütöv növ)
22.Çıxan ödəniş tapşırığı (bütün növ üzrə)
23.ƏDV depozit mədaxil
24.ƏDV depozit məxaric
25.Konvertasiya
26.Məzənnənin yüklənməsi
27.Ayların bağlanması

Bizdən təlim alan tələbələrə təqdim etdiyimiz üstünlük nədir?

– 0-dan tam praktiki tədris;
– mühasibatlığı 3 sahədə İstehsal, xidmət və tikinti üzrə öyrənmək;
– hər dərs sonu dərslərin videomateriallarını sizə təqdim edirik;
– rəsmi sertifikat
– sahəsində sözdə yox, dövlət tərəfindən də ilin mühasibi seçilən şəxsdən birbaşa tövsiyə məktubu əldə edəcəksiniz;
– ən əsası işləyirsinizsə, yaxud gələcəkdə işlədiyiniz müddətdə də öz işiniz üzərindən də ödənişsiz mentorluq dəstəyi alırsınız
– təlimi uğurla bitirən tələbələr təcrübə proqramına yönləndirilir, işlə təmin olunmasına dəstək oluruq

Nümunə dərs videosu