Maliyyə Uçotu Təlimi – Praktiki və Nəzəri Biliklərin Peşəkar Tətbiqi
Maliyyə uçotu – müəssisələrin maliyyə fəaliyyətinin qeydə alınması, təsnifləşdirilməsi, xülasəsi və hesabatlaşdırılması prosesidir. Bu sahə təkcə mühasiblər üçün deyil, maliyyə qərarlarında iştirak edən hər kəs üçün əsas bilik sahəsidir. Fortuna Academy-də təşkil olunan Maliyyə Uçotu təlimi həm nəzəri əsaslara, həm də gündəlik praktikaya yönəlmiş kompleks proqramı əhatə edir.
Təlimin əsas məqsədi iştirakçıların IAS (International Accounting Standards) və IFRS (International Financial Reporting Standards) standartlarına uyğun şəkildə maliyyə hesabatlarının hazırlanmasını öyrənmələridir. Bu standartlar hazırda qlobal səviyyədə tanınan və qəbul edilən hesabat prinsipləridir və onları mənimsəmək müasir mühasibatlıq və maliyyə idarəçiliyinin ayrılmaz hissəsidir.
Üstünlüklərimiz nələrdir?
Təlimin mühüm üstünlüklərindən biri də peşəkar müəllim heyətidir. Fortuna Academy-də dərslər sahənin təcrübəli və praktiki biliklərlə zəngin mütəxəssisləri tərəfindən keçirilir. Onların real iş həyatından gətirdikləri nümunələr və praktiki yanaşmaları sayəsində iştirakçılar nəzəri bilikləri konkret situasiyalarda tətbiq etməyi öyrənirlər.
Təlimin sonunda iştirakçılar rəsmi sertifikatla təmin olunurlar. Bu sertifikat həm karyera inkişafı, həm də işəgötürənlər qarşısında peşəkarlığın göstəricisi kimi böyük əhəmiyyət daşıyır.
Əgər siz də maliyyə uçotu üzrə beynəlxalq standartlara əsaslanan biliklərə yiyələnmək və praktiki bacarıqlarınızı inkişaf etdirmək istəyirsinizsə, Fortuna Academy-nin bu təlimi sizin üçün doğru seçim ola bilər.
Maliyyə Vəziyyəti Haqqında Hesabat
Digər adı ilə “Balans Hesabatı” (statement of financial position) hesabat dövrünün sonuna müəssisəyə aid olan Aktivlərin, Öhdəliklərin və Kapitalın dəyərini özündə əks etdirir.
Aktivlər dedikdə müəssisənin sahib olduğu bütün maddi və qeyri-maddi təsərrüfat vəsaitləri nəzərdə tutulur.
Öhdəliklər və Kapital isə bütün aktivlərin yaranma mənbələridir.
Mənfəət və Zərər Haqqında Hesabat
Mənfəət və zərər və digər məcmu gəlirlər haqqında hesabat (statement of comprehensive income) MUBS 1 (Mühasibat Uçotunun Beynəlxalq Standartları) (IAS 1) Standartı ilə tənzimlənir.
Dövr ərzində müəssisədə yaranan bütün gəlirlər və zərərlər bu hesabat formasında əks olunur.
Pul Vəsaitlərinin Hərəkəti Haqqında Hesabat
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat (statement of cash flows) – hesabat dövrü ərzində pul vəsaitlərinin və onların ekvivalentlərinin mədaxil və məxaricini özündə əks etdirir.
Pul vəsaitləri müəssisədə nağd pul şəklində, bank hesablarında mövcud olan və tələblər üzərinə verilən pul vəsaitləri sayılır.
Pul vəsaitlərinin ekvivalentləri verildiyi tarixdən 3 ay və daha az müddətə malik, əvvəlki dəyərinə asanlıqla çevrilə bilən və dəyərin dəyişilmə riskinə cüzi məruz qalan yüksək likvidli qoyuluşlardır. (Misal olaraq, alınmış təyyarə biletləri – geri qaytarıldığı zaman cüzi dəyişikliklə nağdlaşdırıla bilirlər)
Kapitalda Dəyişikliklər Haqqında Hesabat
“Maliyyə hesabatlarının təqdimatı” adlı IAS 1 standartına əsaslanan “Kapitalda dəyişikliklər hаqqındа hesаbаt” (“Statement of Changes in Equity”), müəsissənin hesabat dövrünün sonunda kapitalının hər bir komponentinin miqdarını və bu komponentlərdə olan dəyişiklikləri əks etdirir.
Kurs nələri əhatə edir?

TƏLİMDƏN ƏLDƏ EDƏCƏKLƏRİNİZ
- Uçot və mühasibat sisteminin məntiqi
- Maliyyə hesabatlarının hazırlanması
- Maliyyə əməliyyatlarının ikili qeydiyyat üsulu ilə yazılışı (müxabirləşmə)
- Vergi uçotunun mahiyyəti və növləri
- AR Vergi Məcəlləsinə uyğun olaraq hesabatların BTP (Bəyannamə Tərtibat Proqramı) ilə hazırlanması və təqdimatı
![]()
İŞTİRAKÇILARDAN TƏLƏBLƏR
- Sadə faiz, nisbət və tənasüb kimi riyazi biliklər
- Təlim proqramına aşağıdakılar daxildir:
- Uçotun növləri – Mühasibat uçotu və məzmunu Maliyyə hesabatlarının elementləri
- İkili yazılış üsulu (müxabirləşmələr), Hesablar Planı Kapitalın uçotu (Nizamnamə kapitalının yaranması)
- Uzunmüddətli aktivlərin uçotu
- Qısamüddətli aktivlərin uçotu
- Kapitalın uçotu
- Uzunmüddətli öhdəliklərin uçotu
- Qısamüddətli öhdəliklərin uçotu
- Maliyyə hesabatlarının tərtibatı
- Sadələşdirilmiş verginin bəyannaməsi
- İşsizlik sığortası üzrə rüblük hesabat
- Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat
- Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin bəyannaməsi
- Mənfəət Vergisinin bəyannaməsi
- Əlavə Dəyər Vergisinin bəyannaməsi
TƏLİMÇİLƏRİMİZ

Nicat Tağızadə
Nicat müəllim haqqında
Mühasibatlıq sahəsində professional olaraq 12 ildən artıq iş təcrübəsi vardır. Cahan Holdinq Kommersiya Şirkətlər İttifaqında müxtəlif sahələr üzrə baş mühasib vəzifəsində 10 il çalışmışdır. Hal-hazırda “Fortis Group” şirkətində baş mühasibi olaraq, fəaliyyətini davam etdirən Nicat müəllim MHBS üzrə peşəkar mühasibdir.
Logo, Mikro, Mühasibat 1C, Pegasoft kimi müxtəlif mühasibatlıq programları üzrə ixtisaslaşmışdır.


