MHBS üzrə PMS (Peşəkar Mühasib Sertifikatı) Təlimi – Beynəlxalq Standartlarla Peşəkar Hazırlıq
Peşəkar Mühasib Sertifikatı (PMS) – Azərbaycanda mühasibatlıq sahəsində fəaliyyət göstərən mütəxəssislərin peşəkarlığını təsdiqləyən ən nüfuzlu dövlət sənədlərindən biridir. Xüsusilə MHBS (Maliyyə Hesabatlarının Beynəlxalq Standartları) üzrə I mərhələ, beynəlxalq mühasibat standartlarının dərindən öyrənilməsi və tətbiqinə fokuslanır. Fortuna Academy tərəfindən təqdim olunan bu təlim, PMS imtahanına hazırlaşanlar üçün nəzərdə tutulub və IAS (Beynəlxalq Mühasibat Standartları) və IFRS (Beynəlxalq Maliyyə Hesabatı Standartları) üzrə nəzəri bilikləri sistemləşdirir.
Təlimin əsas məqsədi
MHBS üzrə PMS təliminin məqsədi iştirakçıların beynəlxalq maliyyə hesabatı standartlarını tam şəkildə mənimsəməsi, real iş mühitində tətbiq edə bilməsi və Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi rəsmi imtahanda yüksək nəticə əldə etməsidir. Təlim zamanı bütün mövzular dövlət imtahanının proqramına uyğun şəkildə işlənir.
Təlimin üstünlükləri
- Peşəkar təlimçi – Tədris prosesinə Azərbaycanda tanınmış mühasibatlıq üzrə mütəxəssis Babək Bədəlov rəhbərlik edir. Onun illərlə formalaşmış təcrübəsi və tədris bacarığı iştirakçılara mövzuları daha dərindən anlamağa kömək edir.
- İmtahan simulyasiyaları – Təlim boyu real imtahan mühitinə uyğunlaşdırılmış sınaq imtahanları təşkil olunur. Bu, iştirakçılara biliklərini yoxlamaq və imtahan stresinə hazırlaşmaq imkanı verir.
- Zəngin tədris materialları – Dərsliklər, nümunə tapşırıqlar, izahlı fayllar və əlavə mənbələrlə zəngin bir öyrənmə mühiti yaradılır.
- Hibrid tədris formatı – Təlim həm əyani, həm də onlayn formada həyata keçirilir ki, bu da iştirakçılara rahat öyrənmə imkanı yaradır.
Təlimdə öyrəniləcək əsas mövzular
- MHBS-in məzmunu və tətbiq prinsipləri
- IAS və IFRS standartlarının strukturu və əsas fərqləri
- Maliyyə hesabatlarının hazırlanması və təqdim olunması qaydaları
- Mühasibat uçotu siyasətləri və onların təsiri
- Beynəlxalq standartların real nümunələrlə izahı
MHBS üzrə PMS təlimi yalnız nəzəri bilik qazandırmaqla kifayətlənmir, həm də beynəlxalq standartlar üzrə düşünmə və analiz etmə bacarığınızı inkişaf etdirir. Bu, sizi həm yerli, həm də beynəlxalq mühasibatlıq mühitində daha rəqabətqabiliyyətli mütəxəssisə çevirir.
Əgər siz də PMS imtahanında uğur qazanmaq, beynəlxalq maliyyə hesabatı standartlarını mükəmməl mənimsəmək və karyeranızda yeni mərhələyə yüksəlmək istəyirsinizsə, Fortuna Academy-nin MHBS üzrə PMS təlimi sizin üçün ən doğru seçimdir.
Diqqətinizə çatdırmaq istəyərik ki, MHBS üzrə PMS əldə edən şəxslər eyni zamanda KOS (Kiçik və Orta Sahibkarlıq Subyekləri) üçün MHBS üzrə PMS də əldə etmiş olur.
Sertifikatı uğurla əldə etmiş şəxslər aşağıdakı xarakterdə şirkətlərdə baş mühasib vəzifəsi tuta bilər:
- İri sahibkarlıq subyektlərində
- Orta, kiçik və mikro sahibkarlıq subyektlərində
- İctimai əhəmiyyətli qurumlarda
- Sahibkarlıq fəaliyyəti göstərən publik hüquqi şəxslərdə

TƏLİMDƏN ƏLDƏ EDƏCƏKLƏRİNİZ
- DİM proqramına uyğun mövzuların tədrisi
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları
- Mühasibat Uçotunun Beynəlxalq Standartları
- Pul Vəsaitlərinin Hərəkəti Haqqında Hesabat (Cash Flow)
- Konsolidə edilmiş maliyyə hesabatları
![]()
İŞTİRAKÇILARDAN TƏLƏBLƏR
- Maliyyə uçotuna dair ilkin anlayışları bilməlidir.
- PMS əldə olunması üçün DİM tərəfindən tələb olunduğu üçün Ali təhsil (ən az bakalavr diplomunun mövcudluğu). Əgər şəxs orta ixtisas təhsillidirsə mühasibat sahəsində rəsmi olaraq 5 illik iş təcrübəsinə malik olmalıdır.
- Yalnız tam orta təhsil mövcud olan şəxslər DİM nəzdində keçirilən sözügedən imtahanda iştirak etmək hüququna malik deyillər.
MHBS üzrə PMS – Təlim Proqramı
- Təlim proqramına aşağıdakılar daxildir:
- • Beynəlxalq mühasibat uçotu standartlarına giriş Maliyyə Hesabatları üzrə Konseptual Əsaslar
- • Maliyyə hesabatlarının təqdimatı (1 №-li MUBS)
- • Torpaq, tikili və avadanlıqlar (16 №-li MUBS)
- • Borclar üzrə məsrəflər (23 №-li MUBS)
- • Dövlət Subsidiyaları (20 №-li MUBS)
- • İnvestisiya mülkiyyəti (40 №-li MUBS)
- • Kənd təsərrüfatı (41 №-li MUBS)
- • Qeyri-maddi aktivlər (38 №-li MUBS)
- • Aktivlərin Qiymətdən düşməsi (36 №-li MUBS)
- • Satış üçün saxlanılmış uzunmüddətli aktivlər və dayandırılmış əməliyyatlar (5 №-li MHBS)
- • Ehtiyatlar (2 №-li MUBS)
- • Uçot siyasətləri, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər (8 №li MUBS) Ədalətli Dəyərin Ölçülməsi (13 №-li MHBS)
- • Qiymətləndirilmiş öhdəliklər, Şərti öhdəliklər və Şərti aktivlər (37 №-li MUBS) Hesabat dövründən sonrakı hadisələr (10 №-li MUBS)
- • Maliyyə alətləri (9 №-li MHBS) Maliyyə alətləri Məlumatın açıqlanması (7 №-li MHBS)
- • Xarici valyuta məzənnələrində dəyişikliklərin təsiriı (21 №-li MUBS)
- • Müştərilərlə müqavilələr üzrə gəlirlər (15 №-li MHBS)
- • İcarələr (16 №-li MHBS)
- • Mənfəət vergisi (12 №-li MUBS)
- • Səhm üzrə mənfəət (33 №-li MUBS)
- • Pul vəsaitlərinin hərəkəti haqqında hesabat (7 №-li MUBS)
- • Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları (10 №-li MHBS)
- • Konsolidə olunmuş mənfəət və zərərlər haqqında hesabat (10 №-li MHBS)
- • Asılı müəssisələrə və birgə müəssisələrə investisiya qoyuluşları (28 №-li MUBS)
- • Mühasibat Uçotu Üzrə Qanun və Qaydalar
TƏLİMÇİLƏRİMİZ

Babək Bədəlov
Babək müəllim haqqında
Maliyyə, mühasibat sahəsində 20 illik yüksək vəzifələrdə zəngin iş təcrübəsinə malik olan, the Association of Chartered Certified Accountants Diploma in International Financial Reporting (ACCA DipIFR), IAB Mühasibat Uçotunun Beynəlxalq Standarları, ICFM Maliyyə Meneceri Və Maliyyə Analitikası, Professional Daxili Audit, Beynəlxalq Maliyyə Hesabatları Standartları Sertifikatları və DİM Peşəkar Mühasib Sertifikatının sahibi olan Babək Bədəlov ilə PMS imtahanlarında uğurlu olmaq şansını əldə etmiş olacaqsınız.


