Mühasibat Uçotu Təlimi – Praktiki Biliklərlə Peşəkar Karyera Yoluna

Mühasibat uçotu təlimi axtarırsınız? Fortuna Academy-nin təqdim etdiyi bu təlim, maliyyə və mühasibatlıq sahəsində peşəkar karyera qurmaq istəyənlər üçün ideal seçimdir. Kursumuz həm nəzəri biliklər, həm də praktiki mühasibat bacarıqları ilə zənginləşdirilmişdir və sizi real iş mühitinə hazırlayır.

Niyə Mühasibat Uçotu Öyrənməlisiniz?

Mühasibat uçotu – hər bir şirkətin maliyyə fəaliyyətini izləmək, təhlil etmək və hesabatlaşdırmaq üçün əsas baza hesab olunur. Bu sahə yalnız rəqəmlərlə işləmə bacarığı deyil, həm də analitik düşüncə, qərarvermə qabiliyyətiməsuliyyətli yanaşma tələb edir. Mühasibat uçotu bilikləri, sizi həm dövlət, həm də özəl sektorda vacib mütəxəssisə çevirə bilər.

Təlim Proqramında Öyrənəcəkləriniz:

  • Mühasibat uçotunun əsas anlayışları və məqsədləri
  • İkili yazılış metodu və hesablar planı ilə işləmə qaydası
  • Əməliyyatların ilkin sənədlərlə rəsmiləşdirilməsi
  • Maliyyə nəticələrinin uçotu və maliyyə hesabatlarının hazırlanması
  • Əsas vəsaitlərin, ehtiyatların, debitor və kreditor borclarının uçotu
  • Azərbaycan qanunvericiliyinə uyğun mühasibatlıq praktikasının qurulması

Kimlər Üçün Uyğundur?

Bu təlim:

  • Mühasibat sahəsində sıfırdan başlayanlar üçün
  • Biliklərini təkmilləşdirmək və sistemləşdirmək istəyənlər üçün
  • Maliyyə sahəsində karyera planlayan mütəxəssislər üçün idealdır.

Heç bir texniki və ya əvvəlcədən bilik tələb olunmur – kurs aşağıdan yuxarıya doğru mərhələli şəkildə qurulub.

Təlim Necə Keçirilir?

  • Real mühasibat sənədləri və praktiki tapşırıqlar
  • Təcrübəli müəllim heyəti (dövlət və özəl sektorda təcrübəli mühasiblər)
  • Interaktiv dərslər və sual-cavab sessiyaları
  • Məsələlər üzərində əyani izah və işləmələr

Sertifikat və Karyera Üstünlüyü

Təlimi uğurla tamamlayan iştirakçılara Fortuna Academy tərəfindən unikal və orijinal sertifikat təqdim olunur. Hər sertifikat xüsusi identifikasiya koduna malikdir və online şəkildə təsdiqlənə bilər. Bu sertifikat, sizi əmək bazarında fərqləndirən və bacarıqlarınızı rəsmi şəkildə sübut edən əhəmiyyətli sənəd olacaq.


Əgər siz də mühasibat uçotu üzrə karyera qurmaq, maliyyə sahəsində peşəkar biliklərə yiyələnmək və rəqabətli əmək bazarında fərqlənmək istəyirsinizsə, bu təlim sizin üçün doğru başlanğıcdır.

TƏLİMDƏN ƏLDƏ EDƏCƏKLƏRİNİZ

  • Uçot və mühasibat sisteminin məntiqi
  • Maliyyə hesabatlarının hazırlanması
  • Maliyyə əməliyyatlarının ikili qeydiyyat üsulu ilə yazılışı (müxabirləşmə)
  • Vergi uçotunun mahiyyəti və növləri
  • AR Vergi Məcəlləsinə uyğun olaraq hesabatların hazırlanması və təqdimatı

İŞTİRAKÇILARDAN TƏLƏBLƏR

  • Sadə faiz, nisbət və tənasüb kimi riyazi biliklər
  • Təlim proqramına aşağıdakılar daxildir:
  • Uçotun növləri – Mühasibat uçotu və məzmunu Maliyyə hesabatlarının elementləri
  • İkili yazılış üsulu (müxabirləşmələr), Hesablar Planı Kapitalın uçotu (Nizamnamə kapitalının yaranması)
  • Uzunmüddətli aktivlərin uçotu
  • Qısamüddətli aktivlərin uçotu
  • Kapitalın uçotu
  • Uzunmüddətli öhdəliklərin uçotu
  • Qısamüddətli öhdəliklərin uçotu
  • Maliyyə hesabatlarının tərtibatı
  • Sadələşdirilmiş verginin bəyannaməsi
  • İşsizlik sığortası üzrə rüblük hesabat
  • Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat
  • Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin bəyannaməsi
  • Mənfəət Vergisinin bəyannaməsi
  • Əlavə Dəyər Vergisinin bəyannaməsi
Nicat Tağızadə

Nicat Tağızadə

Baş mühasib, PMS MHBS

Mühasibatlıq sahəsində professional olaraq 12 ildən artıq iş təcrübəsi vardır. Cahan Holdinq Kommersiya Şirkətlər İttifaqında müxtəlif sahələr üzrə baş mühasib vəzifəsində 10 il çalışmışdır. Hal-hazırda “Fortis Group” şirkətində baş mühasibi olaraq, fəaliyyətini davam etdirən Nicat müəllim MHBS üzrə peşəkar mühasibdir.
Logo, Mikro, Mühasibat 1C, Pegasoft kimi müxtəlif mühasibatlıq programları üzrə ixtisaslaşmışdır.