Vergi Uçotu Təlimi – Qanunvericiliyin Praktik Tətbiqi ilə Peşəkar Hazırlıq
Vergi uçotu – müəssisələrin maliyyə fəaliyyətinin şəffaf və qanunvericiliyə uyğun aparılması üçün ən vacib sahələrdən biridir. Bu sahədəki biliklər yalnız mühasiblər üçün deyil, həm də sahibkarlar və vergi hesabatları ilə işləyən hər kəs üçün zəruridir.
Fortuna Academy tərəfindən təqdim olunan Vergi Uçotu Təlimi, real iş şəraitində qarşıya çıxan vergi hesabatlarının hazırlanması, qanunvericiliyin düzgün tətbiqi və vergi risklərinin azaldılması üçün nəzərdə tutulmuşdur. Təlim nəzəri məlumatlarla yanaşı, geniş praktiki hissəni əhatə edir və iştirakçıların real bacarıqlar əldə etməsini təmin edir.
Təlim kimlər üçündür?
Bu təlim:
- Hal-hazırda mühasib işləyən, lakin vergi hesabatlarında çətinlik çəkən şəxslər üçün
- Karyerasını vergi və mühasibatlıq sahəsində inkişaf etdirmək istəyənlər üçün
- Vergi bəyannamələrinin tərtibi və təqdimatında təcrübə qazanmaq istəyən yeni başlayanlar üçün hazırlanıb.
Təlim iştirakçılara vergi uçotunun əsaslarını, real hesablama qaydalarını, portallarda əməliyyatların necə aparıldığını öyrədir.
Tədris Proqramının Məzmunu:
- Gəlir vergisi, mənfəət vergisi, ƏDV və sadələşdirilmiş vergi üzrə uçot və hesablama qaydaları
- Vergi bəyannamələrinin hazırlanması və təqdimatı
- Əməkhaqqı və digər ödənişlərin vergiyə cəlb olunması
- Vergi ödəyicisinin hüquq və öhdəlikləri
- Vergi güzəştləri və azadolmaların tətbiqi
- Vergi və Gömrük portalında işləmə praktikasının izahı
Təlim zamanı e-bəyannamə, vergi kabineti, ASAN İmza ilə sistemə giriş və digər texniki prosedurlar izah edilir və praktik olaraq tətbiq olunur.
Tədris Metodu və Üstünlüklər:
- Real-case senarilər üzərindən hesablama nümunələri
- Praktiki tapşırıqlar və interaktiv izahlar
- Vergi mütəxəssislərindən ibarət təcrübəli müəllim heyəti
- Fərdi suallara cavab imkanı
Sertifikat və Etibarlılığı
Təlimi uğurla bitirən iştirakçılar Fortuna Academy tərəfindən təqdim olunan, unikal identifikasiya koduna malik və online şəkildə yoxlanıla bilən sertifikat əldə edirlər. Bu sertifikat əmək bazarında sizi rəqiblərinizdən fərqləndirəcək və vergi uçotu sahəsindəki bacarıqlarınızı rəsmi şəkildə təsdiqləyəcək.
Əgər siz də vergi uçotu sahəsində biliklərinizi möhkəmləndirmək, real bacarıqlara yiyələnmək və karyeranıza güclü təkan vermək istəyirsinizsə, Fortuna Academy-nin Vergi Uçotu Təlimi sizin üçün ideal fürsətdir.

TƏLİMDƏN ƏLDƏ EDƏCƏKLƏRİNİZ
- Vergi uçotunun mahiyyəti və növləri
- AR Vergi Məcəlləsinə uyğun olaraq hesabatların hazırlanması və təqdimatı

Nicat Tağızadə
Nicat müəllim haqqında
Mühasibatlıq sahəsində professional olaraq 12 ildən artıq iş təcrübəsi vardır. Cahan Holdinq Kommersiya Şirkətlər İttifaqında müxtəlif sahələr üzrə baş mühasib vəzifəsində 10 il çalışmışdır. Hal-hazırda “Fortis Group” şirkətində baş mühasibi olaraq, fəaliyyətini davam etdirən Nicat müəllim MHBS üzrə peşəkar mühasibdir.
Logo, Mikro, Mühasibat 1C, Pegasoft kimi müxtəlif mühasibatlıq programları üzrə ixtisaslaşmışdır.

İlqar Məmmədov
İlqar müəllim haqqında
Vergi sahəsində peşəkar təlimçi


